İqtisadiyyat

Gürcüstan fındıq istehsalı sahəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edir

11 Sentyabr 2020 09:38
Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan fındıq istehsalı sahəsində Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili deyib.

O xatırladıb ki, ötən ilin avqustunda Türkiyədə üç ölkənin kənd təsərrüfatı nazirlikləri arasında Strateji əməkdaşlıq barədə Bəyannamə imzalanıb:

"Biz aparıcı fındıq istehsalçıları olan Gürcüstan, Azərbaycan və Türkiyədə müntəzəm olaraq festival keçirməyi qərara almışıq".

Qeyd edək ki, sentyabrın 7-də Gürcüstanın Zuqdidi şəhərində ilk dəfə fındıq festivalı keçirilib. Bu tədbirin hər il keçirilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.