İqtisadiyyat

Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb

26 Avqust 2020 20:21
Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,86 faiz artaraq 97,915 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin iyulunda Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2019-cu ilin iyulu ilə müqayisədə 10,81 faiz artıb və 12,682 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalaraq 5,698 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,3 faizini təşkil edib.

Son 12 ay ərzində (iyul 2019 - iyul 2020) Türkiyə 10,614 milyard dollar məbləğində elektrik avadanlığı ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.