Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. Bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən edilib.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Karantin rejiminin tələblərinin yumşaldılması şəraitində bu məsələlər xüsusilə aktuallaşdığından, İqtisadiyyat Nazirliyi və onun müvafiq qurumları tərəfindən bu tələblərə əməl edilməsi vəziyyətinə ciddi nəzarət olunacaqdır.
Nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək:
sahibkarlıq subyektlərinin fəaliyyətinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olub-olmadığına;
fəaliyyətinə günün müəyyən saatlarında icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin həmin tələblərə əməl edib-etməmələrinə;
təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına nəzarət edilməsinə;
ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin edilməsinə, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsinə və həmin qurğuların işlək vəziyyətdə olmasına;
təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsinə, bu məqsədlə obyektin ölçülərinə uyğun sayda şəxslərin obyektə daxil olmasına icazə verilməsinə;
ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən (qəlyan avadanlıqlarından istifadə edilməməsi və bir masa arxasında müştəri sayının 6 nəfərdən çox olmaması şərti ilə), masalararası məsafələrin isə 2 metrdən az olmamasına;
müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə, həmçinin ictimai iaşə obyektlərində masa arxasında oturma halları istisna olmaqla bütün digər vaxtlarda maskadan istifadəyə nəzarət edilməsinə.
Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.
Sahibkarlıq subyektlərinin nəzərinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur.
Sahibkarlıq subyektlərinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olduğu hallarda həmin obyektlər dərhal bağlanacaq. Qaydaların pozulması halları nəzarət aparan strukturların tələbi əsasında dərhal aradan qaldırılmalıdır, əks halda, nəzarət qrupları təsərrüfat obyektinin bağlanmasını tələb edə bilərlər.
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərini, o cümlədən açıq hava sahələrində müştəriləri qəbul edən ictimai iaşə sahəsində çalışan sahibkarları sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməyə çağırır, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmağa dəvət edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
XƏBƏR LENTİ
-
"Ürəyim istəyəni edirəm, heç kimə fikir vermirəm" - Mətanət İsgəndərli
-
Səhər acqarına çörəkotu yemək bu problemi aradan qaldırır
-
3000 tonluq gəmiləri havaya qaldırır, 4 saatlıq yolu 40 dəq-ə endirdi
-
Məsum görünən dondurmanın 3 böyük təhlükəsi
-
Hollivudun ən çox pul qazanan aktyorları
-
8 saatlıq yuxu norması tarixə qovuşur?
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri





