İqtisadiyyat

Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

6 Avqust 2020 12:55
Baxış: 1 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədən Azərbaycana növbəti tibbi ləvazimat partiyası göndəriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend "Resmi Gazete"yə istinadən xəbər verir.

Məlumata görə, tibbi ləvazimatlar ölkəmizə Azərbaycan hökuməti ilə səhiyyə sahəsində yardım edilməsinə dair iyunun 6-da imzalanan memoranduma uyğun olaraq gətiriləcək.

Türkiyədən Azərbaycana 30 ədəd süni tənəffüs aparatı, 35.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.