İqtisadiyyat

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

2 İyul 2020 07:15
Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar-may aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 1,97 milyard dollar olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin 2020-ci ilin yanvar-may ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 3,2 faizə bərabər olub.

May ayında Türkiyənin həmin ölkələrə ixracı 2019-cu ilin mayı ilə müqayisədə 11,4 faiz azalaraq 417,276 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 20,7 faiz azalaraq 1,145 milyard dollar təşkil edib.

May ayında Türkiyənin həmin ölkələrdən idxalı 2019-cu ilin mayı ilə müqayisədə 34,7 faiz azalaraq 217,658 milyon dollara bərabər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.