İqtisadiyyat

Azərbaycan Rusiya və Ukraynaya ətirli tütün ixrac edir

1 İyul 2020 12:33
Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Rusiya və Ukraynaya ətirli tütün ixrac edir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə tütünçülük üzrə saghibkar İlqar Məmmədov deyib. O bildirib ki, hazırda Azərbaycanda 100 hektar ərazidə ətirli tütün əkib: "Əsasən, "Virginiya" sortu tütün əkirəm. Bu tütünün məhsuldarlığı yerli sortlardan zəif olsa da, ixraca yararlıdır. Məhsuldarlıq yerli sortlardan 2 dəfə aşağıdır. Sadəcə, yerli sortlar xarici siqaret istehsalına yaramır. Amma "Virginiya" sortu siqaret istehsalı üçün tam yararlıdır. Ən yaxşı halda "Virginiya" sortundan bir hektara 15 ton yaşıl tütün götürürük. Yerli sortlardan isə hektara 40 tona yaxın yaş tütün götürmək olur. Məsələn, ötən il hektara 12 ton "Virginiya" sortu yaş tütün götürmüşəm. Bu il daha yaxşı məhsuldarlıq gözləyirik".

İ.Məmmədov deyir ki, "Virginiya" sortlu tütün 2 mərhələdə yığılır: "Birinci yığım iyulun əvvəllərində olur ki, bu yığıma dabanyarpağı deyilir. Həmin yığımdan əldə etdiyimiz tütün tozlu olduğu üçün onu qurutmaq üçün anbarlara yığmırıq. Əsasən, ikinci mərhələ yığımı anbarlara yığırıq ki, bu da avqustda başlayır. Həmin tütünü qurudandan sonra xaricə ixrac edirik. Ümumilikdə, tütün yığımı oktyabrın sonlarına qədər davam edir. Məsələn, 15 ton yaş tütündən 2-2,5 ton qurudulmuş məhsul əldə edirik. Ən keyfiyyətli tütün 3-cü yığımdan əldə edilən məhsuldur. Bu mərhələdə yığılan tütünün nikotini, proteini və şəkəri çox olur. Tütün yığımı başa çatandan sonra keyfiyyətli tütünü saxlama kameralarına yığırıq. Daha sonra həmin tütünü ixrac edirik".

Sahibkar bildirir ki, əsasən Rusiya və Ukraynaya ətirli tütün ixrac edirlər: "Bir müddət Çexslovakiyaya da ixrac edirdik. Amma sonradan həmin ölkəyə ixrac dayandı. Hazırda Rusiya və Ukraynaya məhsul ixrac edirik. Gələcəkdə digər ölkələrə də ixrac planlaşdırılır".

Qeyd edək ki, ətirli tütünlə yanaşı, Azərbaycan yerli tütünləri də ixrac edir. Yerli sortlar əsasən Gürcüstana ixrac olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.