İqtisadiyyat

Pandemiya dövründə xaricə gedən azərbaycanlıların sayı kəskin azalıb

22 İyun 2020 19:55
Baxış: 1 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,2 dəfə azalaraq 958,8 min nəfər olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkə vətəndaşlarının 33,5 faizi İrana, 29,7 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,6 faizi Türkiyəyə, 6,8 faizi isə digər ölkələrə səfər edib.

Gedənlərin 69,3 faizini kişilər, 30,7 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 2,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə azalıb.

2020-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,0 faizi dəmir yolu və avtomobil, 16,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.