İqtisadiyyat

KOBİA bərbərxana və gözəllik salonları ilə onlayn görüş keçirib

1 İyun 2020 16:53
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri ilə onlayn görüş keçirib.

KOBİA-dan Milli.Az-a bildirilib ki, görüşdə bərbərxana və gözəllik salonları üçün onlayn növbə sisteminin yaradılmasına, bu sistemin tətbiqi imkanlarına dair müzakirələr aparılıb.

Həmçinin, onlayn görüş çərçivəsində KOBİA-nın nümayəndələri xidmət sektorunda, o cümlədən bərbərxana və gözəllik salonlarında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə riayət edilməsinin, işçilər və müştərilər üçün lazımi şərait yaradılmasının və qoruyucu vasitələrdən (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) istifadənin vacibliyini diqqətə çatdırıb, xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.