İqtisadiyyat

Dünya Bankı pandemiya ilə mübarizə üçün 160 milyard dollara qədər vəsait ayıracaq

5 May 2020 07:25
0 Şərh     Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti 15 ay ərzində Dünya Bankı (DB) dünya ölkələrinə yeni növ koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün 160 milyard dollara qədər vəsait ayıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidmətinin açıqlamasında deyilir.

"Epidemioloji nəzarətin genişləndirilməsinə, tibbi proqramların keyfiyyətinin yaxşılaşdırılmasına və iş yerlərinin saxlanmasına kömək etmək niyyətindəyik. Növbəti 15 ay ərzində ölkələrə yoxsul və həssas insanları qorumaq üçün 160 milyard dollara qədər maliyyə dəstəyi edəcəyik",- açıqlamada bildirilib.

Qeyd edilir ki, yeni növ koronavirusun yayılması ilə mübarizə üçün DB-nın Avropa və Orta Asiya ölkələrinə dəstəyi artıq 1,4 milyard dolları keçib.

DB bu vəsaitlərin "tibbi avadanlıqların, o cümlədən test sistemləri, respirator və süni havalandırma cihazlarının alınması, həmçinin sağlamlıq sistemlərinin gücləndirilməsi, tibb işçilərinin hazırlanması və COVID-19-dan zərər çəkmiş əhalinin ən həssas qruplarına sosial dəstək verilməsi üçün" ayrıldığını vurğulayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.