İqtisadiyyat

ATB: Azərbaycana yalnız bu ilin sonuna turist gözləmək olar

4 May 2020 18:35
2 Şərh     Baxış: 1 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın nə zamandan etibarən xarici ölkələrdən qonaq qəbul edəcəyi ilə bağlı proqnoz demək çox çətindir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Bürosunun Turizm sənayesi və destinasiyanın inkişafı departamentinin rəhbəri İlkin Cavadov deyib.

Onun sözlərinə görə, bəzi Avropa ölkələri artıq indidən yay mövsümü ərzində tamamilə qapalı olacaqlarını, yalnız ölkədaxili turizm ilə kifayətlənəcəklərini bəyan ediblər:

"Bizim planımızda da ilk prioritet istiqamət ölkədaxili turizm üzrə fəaliyyətin qurulmasıdır. Ancaq bundan sonra mərhələli şəkildə həmsərhəd ölkələrdən - Rusiya, İran, Gürcüstan, Türkiyədən və nisbətən yaxın olan Qazaxıstan, Ukraynadan qonaqları gözləyəcəyik. Amma fikrimcə, bunu yalnız ilin sonuna gözləmək olar".

Hələ bu ilin fevral ayında Dövlət Turizm Agentliyi tərəfindən ölkədaxili turizm kampaniyasına start verildiyini xatırladan İ.Cavadov bu kampaniyanın davam etdiriləcəyini söyləyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın turizm məhsullarının inkişafı və turizm potensialının təbliğatının düzgün istiqamətdə aparılması üçün işlər görülür ki, potensial qonaqlar gəlməyə başladıqda ölkəmiz turizm baxımından daha əlverişli mövqedə olsun.

O əlavə edib ki, Azərbaycanın turizm potesialının təbliğ edilməsi üçün xarici turizm şirkətləri ilə onlayn görüşlər, müəyyən xarici turoperatorlar üçün onlayn tanışlıq turları keçirilir.

İ.Cavadov deyib ki, bu turlar zamanı bələdçi onlayn şəkildə ölkəmizin gəzməli yerlərini gəzir, xarici turoperator və turagentlər də həmin turları onlayn şəkildə izləyirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.