İqtisadiyyat

Vahid Ələkbərov 6,56 milyard dollar itirdi

1 May 2020 14:45
1 Şərh     Baxış: 1 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ən zəngin rusiyalıların sərvəti 2020-ci ilin əvvəlindən, ümumilikdə, 46 milyard dollar azalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu "Bloomberg Billionaires Index" reytinqində göstərilib.

İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.

Ümumiyyətlə, dünyanın ən zəngin 500 insanının daxil olduğu reytinqdə 23 Rusiya vətəndaşı yer alıb.

Siyahıda olan rusiyalı milyarderlərdən yalnız Süleyman Kərimov sərvətini 691 milyon dollar artıra bilib.

"Nornikel"in sahibi Vladimir Potaninin sərvəti ilin ilk dörd ayında 2,04 milyard dollar azalaraq, 26 milyard dollara çatıb. NLMK şirkətinin əsas benefisiarı Vladimir Lisin bu müddətdə 3,84 milyard dollar itirib (hazırda sərvəti 17,6 milyard dollardır).

Ən çox sərvət itirən isə "Novateka" şirkətinin şəriki Leonid Mixelsondur. Onun sərvəti 7,66 milyard dollar azalaraq, 16,9 milyard dollara bərabər olub. "Severstal"ın sahibi Aleksey Mordaşovun kapitalı 3,8 milyard dollar azalaraq, 16,2 milyard dollara qədər enib.

"LUKoil"un prezidenti Vahid Ələkbərovun sərvəti isə 6,56 milyard dollar azalıb. Hazırda V.Ələkbərovun sərvətinin həcmi 15,7 milyard dollara bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.