İqtisadiyyat

KOBİA da qanvermə aksiyasına qoşuldu - FOTO

29 Aprel 2020 14:54
Baxış: 1 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah çağırışına qoşularaq qanvermə aksiyasında iştirak edib.

Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, Agentliyin əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.

Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı müayinə olunduqdan sonra götürülən qan yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.