İqtisadiyyat

PAŞA Holding “Biz birlikdə güclüyük” aksiyasına 7 milyon manat ayırıb

28 Aprel 2020 22:29
Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PAŞA Holding Heydər Əliyev Fondu və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan "Biz birlikdə güclüyük" aksiyasına dəstək göstərmək məqsədilə 7 milyon manat vəsait ayırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sözügedən bu layihə çərçivəsində "Biz Birlikdə güclüyük" şüarı altında 200.000-dən çox aztəminatlı və digər həssas kateqoriyadan olan ailəyə ərzaq yardımının göstərilməsi nəzərdə tutulub. Aksiya Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədini daşıyır.

Xatırladaq ki, PAŞA Holding bu dövr ərzində koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi xeyriyyə məqsədli fəaliyyətlər də icra edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.