İqtisadiyyat

Xaçmaz KOB İnkişaf Mərkəzi Biznes planın hazırlanmasına dair onlayn təlimlərə başlayıb

23 Aprel 2020 15:22
Baxış: 827
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aprelin 23-dən etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar (KOB) və biznesə başlamaq istəyənlər üçün "Biznes planın hazırlanması" mövzusunda distant formada təlimlərə başlanılıb.

Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə bildirilib ki, təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat veriləcək. Bununla yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-lar üçün mövcud bizneslərini inkişaf etdirmək və yeni biznes yaratmaq məqsədilə təlim çərçivəsində əldə etdikləri bilikləri biznes plan nümunələri üzərində praktiki tətbiq etmək imkanı yaradılacaq.

Aprelin 30-dək davam edəcək təlimdə iştirak etmək istəyən KOB-lar Xaçmaz KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər (+994 55 222-15-04, e-mail: [email protected] ).

Təlimdə iştirak ödənişsizdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.