İqtisadiyyat

"İqtisadiyyata dəyən zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır"

2 Aprel 2020 14:33
Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus nəticəsində iqtisadiyyata dəyən zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, əsas hədəf sözügedən problemdən az itki ilə çıxmaqdır:

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan iqtisadiyyatına dəyə biləcək zərərin aradan qaldırılması istiqamətində dörd işçi qrupu yaradılıb. Bu işçi qrupları hüquqi və fiziki şəxslərə və sahibkarlara dəyə biləcək zərərin aradan qaldırılması, məşğulluğun davamlı şəkildə həyata keçirilməsi, manatın məzənnəsinin qorunması və digər məsələlərlə bağlı tədbirlər həyata keçirir".

C.Osmanov qeyd edib ki, görülən bütün tədbirlərin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və iqtisadiyyatımıza dəyə biləcək zərərin aradan qaldırılmasıdır:

"Burada hər bir vətəndaşın da üzərində böyük məsuliyyət düşür. Hər bir vətəndaş Operativ Qərargahın qoyduğu qaydalara riayət etməli, özlərini izolyasiya etməli, zərurət olmadan evdən çölə çıxmamalı, özünün və ailə üzvlərinin sağlamlığını qorumalıdır. Bununla da biz bütövlükdə cəmiyyətimizi, dövlətimizi qorumuş olarıq. Bu məsələdə həmrəylik nümayiş etdirsək, bu pandemiyadan ən az zərərlə çıxacağıq".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.