İqtisadiyyat

Akkord Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat vəsait köçürdü

21 Mart 2020 13:51
0 Şərh     Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin kollektivi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə tam dəstək olaraq bu istiqamətdə təşəbbüslərini davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Korporasiyanın Müşahidə Şurası dövlət başçısının koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı martın 19-da imzaladığı Fərmanla yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1 000 000 (bir milyon) manat məbləğində vəsait köçürmüşdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.