2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəsində olan yataqlarda hasilatın ötən illə müqayisədə müəyyən artımı gözlənilir.
Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov neft qiymətlərinin azalması fonunda şirkətin planları barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, həmin yataqlarda əvvəlki illərin tendensiyasının davam etməsi gözlənilir:
"Ümumilikdə ölkədə təbii qaz hasilatının mühüm artımı müşahidə olunur. Bu tendensiya yaxın gələcəkdə də davam edəcək".
İ.Əhmədovun sözlərinə görə, ötən il Azərbaycan neftinin (CIF) orta qiyməti təxminən 67 dollar/barel təşkil edib, bu ilin ilk iki ayında isə 63 dollar/barelə bərabər olub.
O əlavə edib ki, SOCAR son illərdə qeyri-konvensional neft hasilatına investisiya qoymayıb və şirkətin bütün investisiyaları əsasən Azərbaycanda və onun hüdudlarından kənarda neft emalı və neft-kimya komplekslərinin inkişafına yönəldilib:
"Bu, bizə biznes portfelimizi balanslaşdırmağa kömək etdi. Beləliklə, aşağı qiymətlərlə əlaqədar xam neftinin satışında itkilər olsa belə, neft emalı və neft-kimya sahəsində marja artacaq".
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                        .jpg) 
                         
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                        .png) 
                        .png) 
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                    
                                    