İqtisadiyyat

"Caspian Franchise" potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artıracaq

4 Mart 2020 12:25
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bugünkü tədbirin məqsədi franşiza sahiblərinin, investor və müəssisələrin, eləcə də françayzinq üsulu ilə biznesə başlamaq niyyətində olanların birləşməsidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Françayzinq üzrə beynəlxalq forum və sərgi zamanı deyib.

O bildirib ki, sərgi potensial investorlara françayzinq sistemi ilə işləyən xarici brendləri nümayiş etdirməyə imkan verəcək, ölkədə franşizaların alqı-satqısı sahəsində "Caspian Franchise" beynəlxalq biznes platforması barədə hərtərəlfli məlumat almaq üçün şərait yaradacaq:

"Bu sərgi, həmçinin sahibkarlarla tərəfdaşlıq əlaqələri qurmağa, françayzinq texnologiyasının incəlikləri ilə tanış olmağa, potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artırmağa imkan verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.