İqtisadiyyat

Orxan Məmmədov: "Azərbaycanın zərgərlik sahəsinə nizamlayıcı lazımdır"

18 Fevral 2020 12:51
Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərgərlik sahəsində qiymətləndirmə və nizamlama mexanizmlərinin yaradılması lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycanda "Zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" adlı konfransda deyib. Onun sözlərinə görə, qiymətli metalların keyfiyyətinin müəyyən edilməsinə nəzarətin olmaması müxtəlif problemlərə gətirib çıxarır.

O.Məmmədov bildirib ki, Azərbaycanda zərgərlik bazarının iştirakçıları və istehlakçılar arasında etimad aşağı səviyyədədir, ona görə də bu problemi aradan qaldıracaq vasitələrin yaradılması zəruridir:

"Bu sektorda qiymətləndirmə və nizamlama müəssisələrinin yaradılması yolu ilə nəzarət tədbirlərini gücləndirmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.