İqtisadiyyat

Azərbaycanla Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər

17 Fevral 2020 15:31
Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ilə Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər.

Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Cemal Yanqınla görüşüb.

Görüşdə KOB sahəsində mövcud əməkdaşlığa, əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına, eləcə də Azərbaycanın regionlarında KOB-ların dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.