İqtisadiyyat

Şahin Mustafayev: Azәrbaycan İranla münasibәtlәrә önәm verir

10 Fevral 2020 20:32
Baxış: 1 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azәrbaycan İranla münasibәtlәrә hәm ikitәrәfli, hәm dә çoxtәrәfli formatlarda önәm verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev İran İslam İnqilabının qәlәbәsinin 41 illiyinә hәsr olunmuş ziyafәtdә deyib.

Ş.Mustafayevin sözlәrinә görә, әlaqәlәrin inkişafında ikitәrәfli işçi qruplarının fәaliyyәtinin rolu var. Nazir әlavә edib ki, qarşılıqlı etimad ikitәrәfli investisiyaya tәkan verir:

"Dövlәt başçılarının müәyyәn etdiyi siyasәtә uyğun olaraq birgә sәylәr әsasında әmәkdaşlıq bundan sonra da yüksәlәn xәtt üzrә inkişaf edәcәk."

Ş.Mustafayevin sözlәrinә görә, İran Azәrbaycan torpaqlarının işğal edilmәsini qınayan ilk ölkәlәrdәndir. Ermәnistan - Azәrbaycan Dağlıq Qarabağ münaqişәsindә İranın nümayiş etdirdiyi әdalәtli mövqe ölkәlәrimiz vә xalqlarımız arasındakı әlaqәlәrin ruhuna tam uyğundur.

O, әlavә edib ki, iki ölkә arasında ticarәt dövriyyәsi 2018-ci illә müqayisәdә 11% artaraq 500 milyon dollara çatıb:

"İran sahibkarları tәrәfindәn Azәrbaycana 3,5 milyard dollar sәrmayә yatırılıb. Azәrbaycanda sәnaye, tikinti, xidmәt, kәnd tәsәrrüfatı vә digәr sahәlәrdә 1614 İran şirkәti fәaliyyәt göstәrir. Keçәn il Şimal-Cәnub beynәlxalq dәhlizi çәrçivәsindә 400 min tona yaxın yük daşınıb ki, bu da 2018-ci illә müqayisәdә 45%-dәk çoxdur".

Baş nazirin müavini bildirib ki, Bakı-Tehran aviareysi ilә yanaşı, artıq Bakı-Tәbriz vә Bakı-Mәşhәd aviareyslәri tәşkil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.