Xəbər verildiyi kimi, oktyabrın 21-də Bakının Qaradağ rayonu ərazisindəki Xocasən şosesində Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat Gömrük İdarəsinin yeni inzibati binası istifadəyə verilib. AzərTAc-ın DGK-ya istinadən verdiyi məlumata görə, əvvəllər ölkəmizə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə dövlət qeydiyyatının aparılması prosedurları müxtəlif ərazilərdə həyata keçirilir, bu da vətəndaşların müəyyən vaxt itkilərinə və əlavə vəsait xərcləmələrinə səbəb olurdu. Yeni binada isə bu prosedurlar "bir pəncərə" prinsipi əsasında eyni vaxtda həm gömrük rəsmiləşdirilməsi, həm də dövlət qeydiyyatının aparılması ilə həyata keçirilməkdədir.
"Ölkə ictimaiyyəti görülən işləri yüksək qiymətləndirir, eləcə də gömrük və polis əməkdaşları onların normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən razılıqlarını bildirirlər. Təəssüf ki, bəzi mətbuat orqanlarının gömrük xidmətində aparılan islahatlara, yenidənqurma tədbirlərinə kölgə salmaq cəhdlərinə hələ də təsadüf olunur. Eyni zamanda, DGK-nın Avtonəqliyyat Gömrük İdarəsində həyata keçirilən müsbət dəyişikliklərə baxmayaraq, idarənin fəaliyyətinə dair qeyri-sağlam rəy formalaşdırılmasına cəhdlər göstərilir. Bu, bəzi xarici iqtisadi fəaliyyət iştirakçılarının ölkəmizin gömrük ərazisinə mal qismində gətirdikləri nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı mövcud qanunvericiliyin tələbləri ilə razılaşmaması və bu səbəbdən yerlərdə meydana çıxan haqsız narazılıqlara da münbit şərait yaradır", - məlumatda deyilir.
Azərbaycan Respublikasının ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydaları ilə DGK-nın rəsmi internet səhifəsində tanış olmaq, hətta bu hesablamanı aparmaq mümkündür.
Milli.Az
İqtisadiyyat
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Dövlət Gömrük Komitəsi: "Avtonəqliyyat Gömrük İdarəsi gömrük rəsmiləşdirilməsi prosedurunu xeyli asanlaşdırıb"
25 Noyabr 2011 18:52
Baxış: 4 922

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi - VİDEO
-
Suriya bu əraziyə xüsusi təyinatlılar göndərəcək
-
Arif Əzizov vəfat etdi
-
Türkiyədə daha bir zəlzələ oldu
-
Tramp Azərbaycan və Ermənistanın sülh sazişindən DANIŞDI
-
Məşhur serial yayımdan qaldırıldı
-
Tezliklə sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR
-
Xatirə çimərlikdən FOTOlarını yaydı
-
“Kartofla zarafat etmək olmaz!” - Lukaşenko əsəbiləşdi - VİDEO
-
Bunları çayla qəti yemək olmaz!
-
Azərbaycanın ən çox qazanan 10 müğənnisi - İlk sırada ODUR
-
Hansı tarixlərdə doğulan insanlar dahi olurlar? – günlər AÇIQLANDI
-
Birdən səhnədən yoxa çıxan 5 məşhur ulduz
-
Əlixan Rəcəbovun xanımı ilə romantik anları - FOTOlar
-
Əşrəf Hakimi bu top modellə eşq yaşayır - FOTOlar
-
Heç kim bu yaşının olduğuna inanmır - FOTOlar
-
“Dedim ki, bu da özünü kişi hesab edir?”
-
Bu il 3-cü qrupda bəzi ixtisaslara qəbul balları arta bilər - VİDEO
-
Antalyada zəlzələ oldu
-
Lalə Məmmədovanın evi - VİDEO
-
Günün qoroskopu: Yazın, danışın, paylaşın
-
İlham Əliyevin Xocalı sakininin evində səmimi söhbəti - VİDEO
-
Faciəvi şəkildə ölən Kənanın FOTOsu
-
Bu binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO