Birdən səhnədən yoxa çıxan 5 məşhur ulduz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhurluq və şöhrət çox vaxt dəyişkən olur. Bir neçə il əvvəl bu müğənnilər tam zallar yığır, milyonların sevimlisinə çevrilirdilər, amma bu gün onlar haqqında demək olar ki, heç nə eşidilmir. Bəziləri qəfil səhnədən çəkildi, digərləri isə ümumiyyətlə ictimai həyatdan uzaqlaşdı.
Milli.Az xarici mediaya istinadla qəfil yoxa çıxan, amma hələ də pərəstişkarlarının və medianın marağında qalan beş ulduzun hekayəsini təqdim edir.
Lana Del ReyMəşhur ulduzun çimərlikdəki fotoları - hamı "ağzı açıq" qaldı
Bəzən "sakit" bir gediş uzun çəkə və çoxlu suallar doğura bilər. 2020-ci ildə Norman Fucking Rockwell! albomundan sonra Lana Del Rey böyük bir tur planlaşdırırıb, amma pandemiya hər şeyi dəyişib.
O, konsert tarixlərini ləğv edib və uzun müddət ictimaiyyət qarşısından itdi - sosial şəbəkələr susub, yeni elanlar olmayıb.
Pərəstişkarlar bunu karyeranın sonu kimi qəbul ediblər, hətta onun məyusluq və yorğunluq yaşadığına dair şayiələr yayıblar. Lakin Lana sonradan yeni layihələrlə geri dönüb və bu dövr onun obrazına xüsusi bir mistika qataraq sirli bir fasilə olaraq yadda qalıb.
2000-ci illərin ortaları kanadalı müğənni Nelli Furtadoya məxsus idi. Loose albomu və Promiscuous, Say It Right kimi hitlərlə dünyanı fəth edib - cəsarətli, seksual və şöhrətinin zirvəsində olub. Dünya turları və saysız-hesabsız mükafatlar onun uzun və parlaq bir karyerasının başlanğıcı kimi görünüb.
Lakin bu zirvədən sonra karyerası fərqli istiqamət alıb. Sonrakı albomlar əvvəlki uğuru təkrarlamadı və müğənni səhnədən getdikcə uzaqlaşıb. Səs-küysüz bir şəkildə o, ailəsinə və qızının tərbiyəsinə özünü həsr edib. 2017-ci ildə The Ride adlı indiyə yönəlmiş albomla qayıdaraq göstərib ki, sadəcə yenidən doğulmaq üçün uzun bir fasilə götürüb.
2000-ci illərin əvvəlində Cessika Simpson ən böyük ulduzlardan biri olub: güclü səsi, Nik Laşe ilə "Yeni evlilər" realiti-şousu, hitləri ilə top-paradları fəth edib. Lakin vida turu əvəzinə o, karyerasında kəskin dönüş edib - öz geyim və aksesuar brendi olan The Jessica Simpson Collection-ı yaratmağa başlayıb.
Bu biznes inanılmaz dərəcədə uğurlu olbu və milyardlarla dəyəri olan bir imperiyaya çevrilib. Musiqi ikinci plana keçib və Cessikia öz həqiqi yolunu modada tapıb.
1998-ci ildə Laurin Hill The Miseducation of Lauryn Hill albomu ilə "cekpotu" vurub. Bu, sadəcə kommersiya uğuru deyildi - onun işi mədəni fenomen sayılıb. Beş Grammy mükafatı, nəsli ifadə edən səs statusu, tənqidçilər və pərəstişkarların heyranlığı - sanki uğurun sərhədi yox idi.
Onun R&B, hip-hop və soulu birləşdirən unikal üslubu təzə və səmimi səslənirib.
Lakin bu böyük uğurdan sonra Lauryn demək olar ki, tamamilə göz önündən yoxa çıxıb. Nə vida turları olub, nə də karyerasının bitdiyinə dair rəsmi açıqlamalar - sadəcə səssiz gediş.
Nadir müsahibələrində şou-biznesin böyük təzyiqindən, şöhrətdən məyusluğundan, ailəyə və ruhani axtarışlara olan ehtiyacından danışıb. Vaxtaşırı festivallarda görünsə də, yeni işləri nadir hallarda çıxır və ictimai aktivliyi bərpa olunmayıb.
Britaniyalı soul müğənnisi Celeste səhnəyə güclü bir şəkildə daxil olub. 2020-ci ildə o, BRIT mükafatını "ən perspektivli artist" kimi qazanıb, Not Your Muse adlı debüt albomu isə top-paradlarda zirvəyə yüksəlib və güclü vokalı, atmosferik melodiyaları ilə böyük təriflər qazanıb.
Sanki bütün dünya onun ayaqları altındaydı. Lakin bu sürətli uğurdan sonra o, kəskin şəkildə fəaliyyətini azaldıb. Yeni turlar və singllər əvəzinə, Celeste medianın diqqətindən uzaqlaşıb. Müsahibələrində o, bu addımı karyerasını düşünmək və yaradıcı nəzarəti qorumaq üçün atdığını bildirib. Pərəstişkarları bu qərara təəccüblə yanaşsa da, keyfiyyət və daxili tarazlıq naminə fasilə verməsini anlayışla qarşılayırlar. /Lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
XƏBƏR LENTİ
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Qaxda 7 nəfər göbələkdən zəhərləndi
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı





