Ölkə

Elvin Dəmirli vəzifəsindən ayrıldı

18 İyul 2025 19:59
Baxış: 351
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ASAN Radio və ASAN TV-in baş redaktoru Elvin Dəmirli bu media qurumlarındakı fəaliyyətinə son verib.

Milli.Az xəbər verir ki, bu barədə E.Dəmirlinin özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

E.Dəmirli ötən müddət ərzində ona etimad göstərən sədr Ülvi Mehdiyevə, direktor Emin Musaviyə təşəkkürünü bildirib.

Baş redaktor bundan sonra başqa istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, E.Dəmirli ötən ilin mayında "ASAN TV" və "ASAN Radio"ya yeni baş redaktor təyin edilmişdi.

"ASAN Radio" 2015-ci ildə, "ASAN TV" isə 2024-cü ildə yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.