Azərbaycan qurudulmuş xurma ixrac edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quru meyvələrin istehsalı və ixracı ilə məşğul olan "Dadlı Naxçıvan məhsulları" şirkəti region ölkələrinə və Avropaya quru meyvə ixracına hazırlaşır.
Milli.Az bildirir ki, bunu Trend-ə şirkətin təsisçisi Emin Tarverdiyev deyib.
Onun sözlərinə görə, Rusiya bazarına və Polşaya ixrac gözlənilir:
"Xarici tərəfdaşlarla danışıqlar aparılır, tədarüklərin həcmi və müddəti müəyyənləşdirilir. Biz artıq Polşaya qurudulmuş xurma ixracı ilə bağlı müraciət almışıq. Bu ildən bu bazara ixracı işə salmağı planlaşdırırıq. Rusiya bazarında da məhsulumuza böyük tələbat var. Hazırda müəssisəmizdə quru meyvə istehsalı gündəlik təxminən 1 ton təşkil edir. Gələn ildən bu göstəricini 1,5-2 tonadək artırmağı planlaşdırırıq".
O qeyd edib ki, ötən il şirkət 50 tona yaxın məhsul istehsal edib:
"İstehsal olunan məhsulun böyük əksəriyyəti ixrac üçün nəzərdə tutulub. Biz qurudulmuş alma və xurma ixracının həcmlərini artırmaq niyyətindəyik, çünki bu məhsullara həm daxili, həm də xarici bazarda daha böyük tələbat var".
E.Tarverdiyev bildirib ki, şirkətin Naxçıvanda mağazalar şəbəkəsi var, bundan başqa, Bakıda və ölkənin digər şəhərlərində yeni mağazaların açılması planlaşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib





