İqtisadiyyat

Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb

18 Yanvar 2020 18:40
0 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə Azərbaycanda dəmir yolu ilə 3,2 milyard dollar məbləğində yükdaşımalar həyata keçirilib. Bu göstərici 2018-ci illə müqayisədə 5,3 faiz çoxdur.

Milli.Az bildirir ki, Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə dəmiryol nəqliyyatı ilə yükdaşımaları təxminən 7,6 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 13 faiz çoxdur.

Dəmiryolu ilə ixrac yükdaşımalarının həcmi 2,32 milyon ton (0,14 faiz artım), məbləği isə 710 milyon dollar (13,8 faiz azalma) təşkil edib.

2019-cu ildə dəmiryolu ilə idxal yükdaşımalarının isə həcmi 5,25 milyon ton (19,7 faiz artım), məbləği isə 2,5 milyard dollar (12,45 faiz azalma) təşkil edib.

Ümumilikdə, hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsi 33,3 milyard dollar, o cümlədən ixrac 19,6 milyard, idxal 13,7 milyard dollara bərabər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.