İqtisadiyyat

Şimali Makedoniya Azərbaycan qazının nəqli üçün daha bir qaz borusu tikəcək

19 Dekabr 2019 15:27
0 Şərh     Baxış: 1 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Makedoniya Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla qaz borusu tikmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Şimali Makedoniya və Bolqarıstan ticarət-sənaye palatalarının nümayəndələri tərəfindən hazırlanan təşəbbüs hər iki ölkənin baş nazirləri Zoran Zayev və Boyko Borisova təqdim edilib.

Boru kəmərinin Şimali Makedoniyanın Strumitsa şəhərindən Bolqarıstanın Petriç şəhərinədək uzanması çəkilməsi nəzərdə tutulur. Layihə 20-25 milyon avro dəyərində qiymətləndirilir və üç ay ərzində başa çatacağı gözlənilir.

Z.Zayev bildirib ki, Strumitsa və Petriç şəhərləri arasında mayeləşdirilmiş qaz nəql edən boru sistemi artıq mövcuddur və ikinci boru kəməri ölkələrin Trans-Adriatik boru kəmərinə çıxışını asanlaşdıracaq.

Qeyd edək ki, Şimali Makedoniya, həmçinin Yunanıstanla interkonnektorun tikintisini planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.