İqtisadiyyat

Azərbaycanda kimyəvi məhsulların istehsalı artıb

15 Dekabr 2019 22:30
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin əvvəlində Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR karbamid zavodunun və SOCAR Polymer zavodunun açılışı Azərbaycanda kimyəvi məhsulların istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

Trend-ə SOCAR-dan verilən məlumata görə, bu addımlar ixracın 3,6 qat artımını təmin edib. 2020-ci ildə bu tendensiyanın daha da güclənməsi proqnozlaşdırılır.

Bundan əlavə, gələn il Sumqayıt Kimya Sənaye Parkının daha 7 yeni müəssisəsinin istismara verilməsi planlaşdırılır ki, bu da istehsalın və ixracın artım göstəricilərinə təsir edəcək.

Qeyd edək ki, 2019-cu ildə Sumqayıt Sənaye Parkının inkişafına 600 milyon manat investisiya qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.