BirKart müştərisi Honda Civic qazandı!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Kapital Bank BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirirdi. 1 iyun - 1 oktyabr 2019-cu il tarixlərində partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazanırdılar.
9 oktyabr tarixində Gənclik Mall Ticarət Mərkəzində canlı yayımda lotereyanın son tirajı keçirildi və növbəti 16 müştəri qiymətli hədiyyələr, sonda isə bir nəfər əsas hədiyyəni - Honda Civic avtomobilini qazandı. Qaliblərin siyahısı sayta əlavə olunub - www.kapitalbank.az/lotereya.
Lotereya zamanı qaliblə canlı telefon bağlantısı yaradıldı, reklam kampaniyasının siması olan, tədbirdə iştirak edən müğənni Rauf ona avtomobil qazandığını dedi və Gənclik Mall-a dəvət etdi. Bakı sakini Xəyalə Allahverdiyeva ticarət mərkəzinə gəldi və canlı yayımda avtomobil ona təqdim olundu.
"İyun ayında BirKart taksit kartı ilə World Telecom mağazasında taksitlə mobil telefon aldım. Heç vaxt inanmazdım ki, avtomobil udacağam. Bu barədə mənə zəng vurub deyəndə, əvvəlcə mənə belə gəldi ki, bu bir zarafatdır. Gənclik Mall-a gələndə oradakı izdihamı gördüm və anladım ki, həqiqətən qalibəm. Kapital Bank-a belə gözəl fürsətə görə öz minnətdarlığımı bildirirəm və lotereyada hədiyyə qazanan digər qalibləri də ürəkdən təbrik edirəm", - deyə, Xəyalə xanım bildirdi.
Qeyd edək ki, BirKart-ın 3 növü var - taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)





