Azərbaycan Beynəlxalq Bankı NFC texnologiyasını ölkəmizə gətirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Beynəlxalq Bankı NFC texnologiyasını ölkəmizə gətirdi!
Ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atıb. Bank VISA International beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq NFC (Near Field Communication) texnologiyası üzərindən təmassız ödəniş üsulunun tətbiqinə başlayıb.
Bu yenilik sentyabrın 10-da Absheron Mariott otelində keçirilən tədbirdə ölkə ictimaiyyətinə təqdim olunub. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Mərkəzi Bankının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbər şəxslərinin, həmçinin VISA-nın Qafqaz regionu üzrə direktoru Kristina Doroşun və şirkətin Ukrayna, MDB ölkələri, Cənub-Şərqi Avropa ölkələri üzrə rəqəmsal tətbiqlər direktoru Oleksandr Stelmaxın da iştirak etdiyi toplantıda NFC texnologiyasının mahiyyəti, iş prinsipləri barədə məlumat verilib.
Yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir. Ətraflı məlumat üçün link: https://www.ibar.az/az/individual/electronic-services/nfc-technology/
Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Azərbaycan Beynəlxalq Bankının NFC texnologiyasının tətbiqinə başlaması, inanırıq ki, müştərilərimiz tərəfindən böyük məmnunluqla qarşılanacaq. Nağdsız ödəniş infrastrukturunun inkişafına töhfə verən innovativ həllərin tətbiqini bundan sonra da davam etdirəcəyik".
IBA Pay mobil tətbiqini yükləmək üçün link:
https://play.google.com/store/apps/details?id=mwb.iba.ac
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)





