Kapital Bank fərqli konsepsiyalı Lökbatan şöbəsini təqdim etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kapital Bank Kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Məhz sözügedən istiqamətlə həyata keçirilən layihə çərçivəsində yeni şöbə müştərilərə təqdim edildi. Binə Ticarət Mərkəzində yerləşən Lökbatan şöbəsində xüsusi ilə kiçik və orta sahibkarlar eyni zamanda fərdi şəxslər üçün bir çox bank əməliyyatları əlçatan olacaqdır.
Lökbatan şöbəsində Sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, valyuta mübadiləsi, POS ilə inteqrasiya olunmuş Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə bir sıra digər məhsullar təqdim ediləcəkdir.
"Son zamanlar Kapital Bank Kiçik və orta sahibkarlara xüsusi diqqət ayırır və hətta bunun üçün bankda geniş miqyaslı layihəyə start verilmişdir. Layihə çərçivəsində müştərilərə yeni məhsulların təqdim edilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, satış kanalları və satış nöqtələrinin artırılması, rəqəmsal transformasiya və bu kimi digər təşəbbüslər yer alır. Lökbatan şöbəsinin açılması da bu Layihənin Satış və xidmət nöqtələrinin artırılması təşəbbüsü çərçivəsində həyata keçirilmişdir. Yeni şöbənin açılışı ilə sahibkarların işləri asanlaşacaq və bank əməliyyatları üçün vaxt itirib, şəhər mərkəzinə gelmələrinə ehtiyac qalmayacaqdır", - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Lökbatan şöbəsi, Kapital Bankın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 7-ci, xüsusi satış bölməsi olan isə sayca 5-ci struktur bölməsidir. Bundan əlavə cari il ərzində Bakı və region üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 3 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün isə saytın "Biznes üçün" bölməsinə, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq





