İqtisadiyyat

Türkiyədə Azərbaycan NEZ məhsullarının satış həcmi açıqlanıb

10 Avqust 2019 09:06
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin dövlət bazarında fəaliyyət göstərən ARDNŞ-in Star Neft Emalı Zavodu (NEZ) tərəfindən Türkiyənin daxili bazarında satılan ümumi məhsulun həcmi, 2019-cu ilin may ayında 43,761 min ton təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) saytında yerləşdirilən hesabata ğörə, Türkiyə bazarındakı Star zavod məhsullarının payı 1,75 faiz təşkil edib.

EPDK hesabatında göstərilir ki, 2019-cu ilin may ayında NEZ Star 89.983 min ton dizel yanacağı və 40,107 min ton reaktiv yanacağı daxil olmaqla 130,090 min ton neft məhsulları ixrac edib.

Zavodda xam neftin idxalı, 2019-cu ilin may ayında 630,648 min ton təşkil edib.

Qeyd edək ki, 19 oktyabr 2018-ci ildə İzmirdə 6 3 milyard dollar dəyərində olan NEZ Star açılışı olub.

Zavodun layihə gücü 10 milyon tondur və ARDNŞ dövlət şirkəti müəssisə üçün əsas xammal tədarükçüsü kimi çıxış edir.

Zavod Türkiyənin neft-kimya idxalından asılılığını əhəmiyyətli dərəcədə azaldacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.