Saatlıq əməkhaqqı tətbiq olunarsa, maaşlar artırılacaq? - Ekspert AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Təklif edilən dəyişiklik hələ qüvvəyə minməsə də, bir çox vətəndaş sözügedən mövzu barədə məlumatlı olmadığı üçün narahatdır.
Maraqlıdır, çalışanlar üçün bu yeniliyin mənfi və müsbət cəhətləri nə olacaq?
MIlli.Az xəbər verir ki, bununla bağlı iqtisadçı ekspert Emin Qəribli "Yeni Sabah"a açıqlama verib:
"Yeni standart və qaydaların tətbiq edilməsinin səbəbi sırf beynəlxalq təcrübədə həmin metoddan istifadə olunmasıdır. Yeni standartlara keçid üzrə artıq proqramlar qəbul olunur. Burada qeyd olunur ki, əməkhaqqının saatla hesablanması daha məqsədəuyğundur. Beynəlxalq təcrübədə də bu sübut olunub. Həmin dəyişiklik texniki xarakter daşıyır və maaşların artırılmasından söhbət getmir. Məsələn, hər hansı müəssisə özünə işçi tutur və ona minimum əməkhaqqı üzrə maaş verir. Həmin şəxs ay ərzində 7-8 saat çalışır və ona uyğun məvacib alır. Təsəvvür yaranır ki, işçi ay ərzində yox, saat hesabı işlədiyinə uyğun əməkhaqqı alır. Elə sahələr var ki, orada maaş aylıq formada ödənilir. Ancaq fikir versək, həmin insan bir ay ard-arda işləməsə də, həmin məbləği alır. Bu yenilik üzrə hələ təkmilləşdirmə işləri aparılır".
E.Qəribli bildirib ki, bu metoddan istifadə kəskin dəyişiklik vəd etmir:
"Standart olaraq 8 saatlıq iş rejimi var və hər kəs buna uyğun məvacib alır. Əlavə iş saatı olanda isə maaş da ona görə tənzimlənir və ödəniş olunur. Bu şəxslər üçün əslində elə də bir dəyişiklik olmayacaq. Ancaq elə şirkətlər də var ki, işçini müqavilədə qeyd olunandan daha çox işə cəlb edir və əlavə pul ödəmir. Bu qərar tətbiq olunsa, həmin şəxslər dəyişikliyi aydın şəkildə görə biləcək və çalışdığı saata uyğun əməkhaqqı alacaqlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Dünya bazarında neft bahalaşdı
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov





