Xankəndi-Laçın yolunun inşasının yekunlaşacağı tarix açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il yekunlaşacaq.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil yollarının reyestri və layihə smeta sənədlərinin iqtisadi analizi şöbəsinin rəisi Qəzənfər Səfərov jurnalistlərə açıqlamasında deyib.
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq.
Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluğundakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.
Yol geyiminin konstruksiyası- əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr, əsasın üst layı 18 santimetr və asfalt beton iki qatda vurulacaq. Həmçinin, 7 santimetr ortadənəli asfalt beton, 5 santimetr xırdadənəli asfalt beton olacaq. Layihənin növbəti ilin sonunadək yekunlaşması nəzərdə tutulur.
Xatırladaq ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
XƏBƏR LENTİ
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma





