Nazir müavini: "10-dan çox startapın inkişafına dəstək verilir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı, "BP Azərbaycan" şirkətinin dəstəyi, ASAN İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunan "Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin məqsədi startapların stimullaşdırılması və innovativ sahibkarlığa dəstək göstərməkdir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən kompleks və ardıcıl işlər, "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında "Startap layihələrinin dəstəklənməsi" üzrə tədbirlər barədə məlumat verib. Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu startap layihələrin qəbulunu təşkil edib və hazırda Fondda fəaliyyət göstərən Biznes İnkubasiya Mərkəzində 10-dan çox startapın inkişafına dəstək verilir. Belə ki, Mərkəz vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək mexanizmləri təqdim edilir, startapçıların ideyalarının reallaşdırılması istiqamətində lazımı köməklik göstərilir.
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov müsabiqənin keçirilməsinin əhəmiyyətini vurğulayıb, qalib layihələrin reallaşdırılmasına maliyyə dəstəyinin göstəriləcəyini, zəruri avadanlıqlarla təmin olunacağını bildirib. Qalib komandalara Bakı Mühəndislik Universitetinin Texnoparkında və ASAN İnnovasiyalar Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində işləmək üçün şərait yaradılacaq.
Qeyd edək ki, indiyədək 5 dəfə keçirilən müsabiqəyə ümumilikdə 842 startap layihəsi təqdim edilib. Onlardan 100-dən çoxuna bilavasitə dəstək verilib, 35 layihəyə isə sponsor və tərəfdaşların köməyi ilə ilkin investisiya və inkubasiya xidmətləri göstərilib. Müsabiqə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində 1000-ə yaxın biznes təşəbbüskarına təlim və mentorluq xidməti göstərilib.
Bu ilin mart ayında elan olunan və sayca 6-cı olan "Yeni Fikir VI" startap müsabiqəsinə 118 layihə təqdim edilib və onlardan 12 layihə finala vəsiqə qazanıb. Müsabiqənin finalında bu layihələr arasından ən perspektivli 5-i qalib elan edilib.
Qalib layihələr "BP Azərbaycan" şirkətinin maliyyə dəstəyi ilə mukafatlar təqdim olunub. Bu vəsaitlər layihələrin reallaşdırılmasına yönəldiləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)





