İqtisadiyyat

Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir - FOTO

22 Aprel 2019 14:39
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda SOCAR-ın IV "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika" beynəlxalq forumu keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Avropa və Mərkəzi Asiyanın neft-qaz sektorundan 300-dək nümayəndə iştirak edir.

Forum iştirakçıları Azərbaycan, Özbəkistan, Türkmənistan və Qazaxıstanın enerji sahəsinin inkişafı, SOCAR-ın Türkiyədəki neft emalı və neft-kimya klasteri, neft emalı zavodu üçün yeni texnologiyalar, regional qaz layihələri, 2019-cu ildə qlobal karbohidrogenlər bazarında mümkün disbalanslar, regionda yeni yataqlar və onların ticarət axınına və ixrac marşrutlarına təsiri, qlobal kontekstdə Xəzər və Mərkəzi Asiya nefti və digər məsələləri müzakirə edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.