Dünya

Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

15 May 2024 23:18
Baxış: 1 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Dövlət katibi Antoni Blinken ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefonla danışığı olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O qeyd edib ki, telefon danışığında Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı fikir mübadiləsi aparılıb.

"Blinken və Fidan girovların azad edilməsini və Qəzzada dərhal atəşkəsə nail olmaq üçün səyləri müzakirə ediblər. Həmçinin regionda qalıcı sülhün təmin edilməsi üçün davam edən səylər ətrafında fikir mübadiləsi aparılıb", - Miller vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.