İqtisadiyyat

ARDNŞ sosialist respublika ilə anlaşdı

8 Aprel 2010 15:03
Baxış: 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və "Petrovietnam" şirkətinin prezidenti Fun Din Tuk imzalayıblar.

Tədbirdə Rövnəq Abdullayev keçmiş SSRİ dövründə Azərbaycan ilə Vyetnam arasında əlaqələri diqqətə çatdıraraq, azərbaycanlı mütəxəssislərin bu ölkədə neft-qaz sahəsinə köməyini, həmçinin vyetnamlı tələbələrin respublikamızın ali təhsil müəssisələrində təhsil almalarını vurğulayıb. O, hazırkı dövrdə ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin bərpa edilməsinin vacibliyindən də danışıb.

Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoanq Çinq Hay soydaşlarının Azərbaycana və paytaxtımıza həmişə xoş münasibət bəslədiklərini söyləyərək, Bakının ali təhsil ocaqlarının onun ölkəsi üçün müxtəlif sahələr, o cümlədən neft-qaz sektoru üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına kömək üçün minnətdarlığını bildirib.

Mərasimdə, həmçinin "Socar Traidinq Sinqapur" və "Petrovietnam Oyl Korporeyşn" şirkətləri arasında Azərbaycan xam neftinin Vyetnama uzunmüddətli satışı üzrə müqavilə də imzalanıb.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.