Azərbaycan istehsallı “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda istehsal edilən "Khazar" avtomobilləri bu il Ukraynaya ixrac ediləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" ASC-nin Rusiyanın "QAZ Qrup" (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.
E.Axundov deyib ki, avtomobillərin ilk ixracı bu ilin ortalarında başlayacaq və ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur.
İdarə Heyətinin sədrinin məlumatına görə, avtomobil zavodunda bu günə qədər təxminən 1250-yə yaxın avtomobil istehsal olunaraq satılıb: "Ötən il ərzində istehsal olunan "Khazar" avtomobillərinin 40 faizi dövlət qurumları, 60 faizi isə əhali tərəfindən alınıb. Satılan avtomobillərin 25-30 faizi kreditlə, digərlərinin isə nağd yolla satışı həyata keçirilib. Həmçinin bu il zavodda 3000 avtomobilin istehsalı planlaşdırılır".
Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" ASC-nin Rusiyanın "QAZ Qrup" (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.
Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)





