İqtisadiyyat

Dünyanın ən bahalı avtomobil şirkətləri - TOP 10

24 İyun 2018 22:50
0 Şərh     Baxış: 4 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günümüzdə avtomobil şirkətləri ortaya çıxardıqları qeyri-adi dizaynları və dəbdəbəli sloqanları ilə üst səviyyə bir savaşın içindədirlər!

Milli.Az facemark.az-a istinadən dünyanın ən dəyərli 10 avtomobil markasını hazırlayıb. Bunlar aşağıdakılardır:

Qeyd etdiyimiz kimi hazırda avtomobil firmaları, həm yaratdıqları "canavar"larla, həm dəbdəbəli sloqanları ilə, həm də keyfiyyətləri ilə üst səviyyə bir savaşın içərisindədirlər.

Elektrik mühərrikli avtomobillərin istehsal edilməsi və avtomatik texnologiyasının inkişafı ilə daha da qızışan bu savaşda yer alan kiçik firmalar varlıqlarını və büdcələrini inkişaf etdirərək sektora damğalarını vurmağı bacarırlar.

Yenilikçi özəlliklərlə təchiz edilmiş bir-birindən təsirli avtomobillərə imza atan bu avtomatik firmalar "2016 Cenevrə Avtomobil Fuarı"nda qarşımıza çıxan ən yaxşı avtomobillər kimi çeşidli fuarlarla yer alan möhtəşəm gözəlliklərlə bir-birlərinə "göz dağı" verirlər.

10. Renault (9,01 milyard dollar)

"Dəyişikliyi idarə et" sloqanı ilə cəlbedici modellərə imza atan Fransa avtomobil istehsalçısı "Renault" 1899-cu ildən bəri Avropanın ən böyük avtomobil markalarından birinə çevrilib. Hər növdən motorlu avtomobilə imza atan bu güclü marka "Nissan" ilə əməkdaşlığa başlayıb. "Renault" Yaponiyanın avtomobil firmasının 43,4%-lik hissəsini alıb. Belə demək mümkünsə, 2011-ci il "Renault" firmasının ili olub. "Volkswagen" və "PSA"nın ardından Avropanın ən böyüklərindən biri olmuşdu. "Təqvim yarpaq"ları 2013-cü ili göstərəndə dünya miqyasında 2,6 milyon avtomobili müştərilərinə təqdim edən "Renault"un dəyəri tam olaraq 9,01 milyard dollardır.

9. Porsche (11,37 milyard dollar)

Sadəcə 25 ədəd istehsal edilən "Porsche 911 Carrera GTS" kimi əfsanəvi modellərə imza ataraq, "Porsche, onun yeri əvəz olunmaz" sloqanını bizlərə yaşatmağı bacaran bu Alman nəhəngi, yüksək performanslı, sport, super, hiper, SUV və Sedan avtomobillərlə ağlımızı başımızdan almağı bacarır. Stuttgart mərkəzli bu məşhur marka bir başqa Alman nəhəngi olan "Volkswagen" tərəfindən satın alınıb. 1931-ci ildə qurulan bu avtomobil firması 1960-cı illərdən tanınmağa başlayıb və daha sonra isə dünyanın ən məşhur avtomobil istehsalçılarından birinə çevrilib. İndi isə 11,37 milyard dollarlıq qiyməti ilə dünyanın ən dəyərli avtomobil firmalarından biri olaraq qarşımıza çıxır.

8. Hyundai (18,83 milyard dollar)

Cənubi Koreyadakı çoxmillətli bir avtomobil şirkəti olan "Hyundai", "Samsung" ilə birlikdə ölkə iqtisadiyyatına ən böyük fayda verən markalardan biridir. Dünyadakı dördüncü böyük avtomobil markası Hyundai, "Yeni yanaşmalar", "Yeni imkanlar" şüarı ilə o, gözlənilən 2017 model avtomobillər arasında "Genesis G90" kimi yüksək səviyyəli modelləri imzaladı. 1947-ci ildə İkinci Dünya müharibəsindən sonra mühəndislik firması olaraq qurulan "Hyundai" təsis edildikdən 20 il sonra avtomobil mərkəzli bir istehsalçı olmağı bacardı. "Kia Motors", keçən il 4 milyon 721 min 156 avtomobil istehsal edən və 18,83 milyard dollar dəyərində olan avtomobil nəhəngininin 32,8% payına sahibdir.

7. Ford (20,24 milyard dollar)

Henry Ford tərəfindən Amerikada qurulan "Ford" avtomobil şirkəti öz adı və "Lincoln" markasının adı altında keyfiyyətli avtomobilləri biz avtomobil sevərlərə təqdim etməyi bacardı. Həmçinin, Braziliyalı SUV avtomobili olan "Ford", "Mazda"nın 2,1%-lik, "Astin Martin"in isə 8%-lik səhminə sahibdir. Bu dünyaca məşhur avtomobil firması etdiyi uğurlu yatırımlar və "Fərqi Hiss et" sloqanı altında istehsal etdiyi üst səviyyə avtomobillər ilə 20,24 milyard dollarlıq bir sərvətə çatmağı bacarır.

6. Nissan (21,19 milyard dollar)

Yaponiyanın Yokohama şəhərində aparıcı avtomobil şirkətlərindən biri olan "Nissan" şirkəti 1999-cu ildə Fransanın nəhəngi "Renault" ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. 80 ildir ki, avtomobil sənayesində olan "Həyacanlı İnnovasiya" şüarını istifadə edərək 2016-cı ilin ən çox axtarılan avtomobilləri arasında "Nissan Maxima" kimi bir gözəlliyə qovuşduq. Dünyada inşa edilən bu cür yüksək səviyyəli modellərə 21,19 milyard dollar dəyərində "Nissan" dünyanın ən dəyərli altıncı avtomobil markası olaraq yer almağa davam edir.

5. Honda (22,15 milyard dollar)

Siyahımızda beşinci pilləsində 22,15 milyard dollarlıq dəyəriylə başqa bir Yapon nəhəngi "Honda" iştirak edir. "The Power of Dreams", yəni "Xəyal gücü" deyərək təsir edici avtomobillər, motosikletlər və güc avadanlıqları meydana gətirən "Honda", 1948-ci ildə dünyanın ən qiymətli avtomobil markalarından biri halına gələrkən, 1959-ci ildə isə dünyanın ən böyük motosiklet istehsalçılarından biri oldu. Həmçinin, hər il 14 milyondan çox içdən yanmalı mühərriklər istehsal edən bu Yapon nəhəngi, 0-100 performansıyla heyrətə salan lüks avtomobillər arasında olan "Acura" modelləriylə də sektorda bomba təsiri yaratmağı bacardı.

4. Mercedes-Benz (24,17 milyard dollar)

Dünyanın dördüncü avtomobil markasıdır. Böyük, kiçik - hər kəs tərəfindən bilinən avtomobil nəhəngi olan "Mercedes-Benz" 24,17 milyard dollarlıq dəyəriylə siyahımızda ilk sıralarda iştirak edir. 1926-ci ildə Almaniyanın Stuttgart şəhərinin əhəmiyyətli bir avtomobil istehsalçısı olaraq, Daimler-Benz adıyla avtomobillər, avtobuslar və yük maşınları istehsal edən "Mercedes", dünyanın ən böyük on üçüncü avtomobil istehsalçısıdır. "Mercedes", "Ən Yaxşısı, ya da Heç biri" və ya "Bundan Yaxşısını Ancaq Tanrı Edər" kimi iddialı şüarlarla bir-birindən cəlbedici avtomobillər istehsal etməyə davam edir.

3. Volkswagen (27,06 milyard dollar)

Dünyanın hər yerində öz adını almış başqa bir Alman avtomobil şirkəti, "Volkswagen", dünyanın ən zəngin üçüncü avtomobili olaraq qəbul edilir. İldə 8 milyondan çox avtomobili istehsal edir. Volkswagen, dünyanın ən qiymətli avtomobil şirkətlərindən biridir. Dəyəri isə 27,06 milyard dollardır. Marka "Jetta", "Golf", "Passat" və "Bora" kimi avtomobillər istehsal edir.

2. BMW (28,90 milyard dollar)

Siyahımızda zirvə ortağı olan BMW şirkəti, i8 Spyder konsepsiyasını uğurla tətbiq edir. Bugünkü texnologiyadan qabaq modellər istehsal edir. Bununla da marka 100 illik tarixinə hörmətlə yanaşır. Avtomobil, motosiklet və mühərrik istehsalına diqqət yetirən Münhen mərkəzli BMW, bəzi "Mini Cooper" vasitələrinə və şəriki "Rolls-Royce" modellərinə imza atır. 2012-ci ildə 117 mindən çox motosiklet və 1 milyondan çox avtomobil istehsal edən BMW, Almaniyanın və dünyanın 28,96 milyard dolları olan "Böyük Üç" arasındadır.

1. Toyota (34,9 milyard dollar)

2015-ci ildə "Keyfiyyət İnqilabı" deyərək yoluna davam edən "Toyota", 2015-ci ildə ən çox satılan avtomobil istehsalçısı oldu. 1937-ci ildə yaradılan Yapon avtomobil istehsalçısı Toyota, 2012-ci ildə artıq dünyada 12-ci ən böyük avtomobil markası idi. Marka 34,9 milyard dollarlıq dəyəri ilə dünyanın ən qiymətli avtomobil markasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.