İqtisadiyyat

Qurban bayramı ərəfəsində ətin qiyməti neçəyədir?

22 May 2025 12:45
Baxış: 1 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qurban bayramı öncəsi bazarlarda məhsulların qiymətləri öz sözünü deyir.

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, hələ ki alıcılar çox deyil:

"Dana əti 15.50, 20 manata quzu ətinin qiymətidir. Qurbanlığa düşən quzular adətən 13-15 kq arası olur". 

Bəs bölgələrdə vəziyyət necədir? 

Satıcıların sözlərinə görə, diri hazır heyvanın çəkisi 9 manata alınıb 9.50 manata satılır. Kəsili halda isə ətin qiyməti 19 manat olur. Lənkəranda isə vəziyyət tam fərqlidir. Ətin qiymətində bahalaşma müşahidə olunur. 

Buna səbəb nədir? 

Satıcıların sözlərinə görə, keçən il 14 manata satış qiyməti olan ət bu il 16 manatdır. Quzu əti isə 20-21 manatdır. 

Mütəxəssislər bayramqabağı bazarlarda qiymətlərin bir az da artacağını istisna etmir. 

Qeyd edək ki, bu il Qurban bayramı iyunun 6-7-si qeyd olunacaq.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.