Şou-biznes

Şəbnəm Vəfanı biabır etdi: "Bəsdir ilanlıq etdin" - VİDEO

22 May 2025 18:13
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında verilişdə mübahisə düşüb. 

Milli.Az xəbər verir ki, buna səbəb Vəfanın "Rəngarəng" verilişində həyat yoldaşının keçmişdə Şəbnəmə mahnı hədiyyə etməsini deməsi olub.

Canlı yayıma zəng edən Şəbnəm ağlayıb və Vəfanı hədələyib:

"Hər dəfə deyirəm ki, mənim adımı onunla birlikdə çəkmə. Mahnını kim oxuyur, halalı olsun. Orada böyük bir səhv etdi, Allahdan qorx. Ayıbdır... O mahnını mən 300 dollara halal qazancımla almışam. Çox böyük səhvə yol verdi, Allahdan qorxsun. Əsəbimdən ağlayıram.

İndi ATV-nin həyətinə gəlirəm, çıxanda onunla görüşəcəyəm. Olmaz... "Həyat yoldaşım alıb" nə deməkdir? Efirdə nəyi sübut etmək istəyirsən, Vəfa? Sənə nə etmişəm? Niyə bu qədər ilanlıq edirsən? Sənə nə olub, dərdin nədir? Niyə o kəliməni işlədirsən? İndi həyat yoldaşım, balalarım var. Niyə belə sözlər deyirsən? Niyə deyirsən ki, mənim həyat yoldaşım alıb? O vaxt o mahnını məndən istədin, dedim, halal xoşun olsun. Bu efir söhbəti deyil, ayıbdır. Sən də bir anasan".

Vəfa isə "Heç nə üçün sübut lazım deyil. Həyatında olan adam sənin keçmişini bilir" deyə, ona cavab verib. (Axşam.az)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.