Amerika

ABŞ “Trump card” proqramına start verir

22 May 2025 17:39
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ yaxın həftələrdə Prezident Donald Trampın təşəbbüsü ilə xarici investorlar üçün yeni daimi yaşayış hüququ verən "Trump card" proqramına start verəcək.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ ticarət naziri Hovard Latnik məlumat verib.

Proqram çərçivəsində ABŞ iqtisadiyyatına ən azı 5 milyon dollar investisiya yatıran xarici vətəndaşlara yaşayış icazəsi veriləcək. Latnik bildirib ki, təşəbbüs may-iyun aylarında işə düşəcək və məqsəd ölkəyə xarici investisiyaların axınını sürətləndirməkdir.

Nazir bu proqramın ABŞ-ın 36 trilyon dollardan çox olan dövlət borcunun azaldılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Tramp daha əvvəl bu təşəbbüslə 1 milyona yaxın investor cəlb etməyi planlaşdırdığını açıqlamışdı.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.