Avto

Azərbaycanda avtomobil bazarında kəskin ucuzlaşma

22 May 2025 13:34
Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda hibrid avtomobillərə maraq artmaqdadır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2025-ci ilin aprel ayında ölkəyə 9 868 ədəd minik avtomobili gətirilib ki, bunun da 43 faizi və ya 4 216-sı hibrid mühərrikli olub. Bu da 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 2.8 dəfə çoxdur.

Milli.Az xəbər verir ki, avtomobil ticarəti ilə məşğul olan Eldar Əliyev Baku TV-yə açıqlamasında belə avtomobillərin ölkəyə daha aşağı qiymətə gətirildiyini deyir. Həmçinin, idxalçıların sayının çox olması satış qiymətlərinin artmasına imkan vermir.

Qiymətlərin azalması rəsmi göstəricilərdə də öz əksini tapır. Əgər 2024-cü ilin aprel ayında ölkəyə idxal edilən hibrid mühərrikli bir avtomobilin orta qiyməti 29 272 ABŞ dolları idisə, 2025-cü ilin eyni ayında bu göstərici 28.7 faiz azalaraq 20 875 dollar təşkil edib.

Hibrid avtomobillərin qiymətlərinin aşağı olmasının daha bir səbəbi onlara vergi və gömrük güzəştlərinin tətbiq edilməsidir. 2026-cı ilin yanvarın 1-dək istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azaddır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.