İqtisadiyyat

Nazir: Rusiya Azərbaycanla ticarət məhdudiyyətlərini aradan qaldırmaq niyyətindədir

25 May 2018 20:38
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Azərbaycanla ticarət məhdudiyyətlərinin aradan qaldırılması layihəsi üzərində işləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Nazir bildirib: "Beş istiqamət üzrə konkret fəaliyyət planı təklif olunub. Rusiyadan Azərbaycana və Azərbaycandan Rusiyaya fasiləsiz olaraq investisiyalar gedir. Bizim təkcə iqtisadi deyil, həm də humanitar və mədəni səviyyədə möhkəm əlaqələrimiz var. Rusiyada çoxlu azərbaycanlı, Azərbaycanda çoxlu rus yaşayır. Bu, bizim ölkələrimizi yaxınlaşdırır və bütün sahələrdə münasibətləri inkişaf etdirməyə imkan verir".

M.Oreşkin vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərdə böyük irəliləyiş qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.