İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın otel nəhəngı Bakıya gəldi - FOTO
10 May 2011 09:00
Baxış: 2 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Turizm sektoru Azərbaycanda inkişafda olan sahələrdəndir. Bu il ərzində Bakıda 5 beşulduzlu hotelin açılacağı nəzərdə tutulub. Turizm ilində Bakıda artıq fəaliyyətə başlamaq üzrə olan otellərdən biri "Hilton Bakı" mehmanxanasıdır. Bu ərəfədə "Hilton Bakı" mehmanxanasının baş direktoru Manuel Avila Milli.Az xəbər portalının suallarını cavablandırıb.
- "Hilton Bakı" mehmanxanası nə vaxt istifadəyə veriləcək?
- "Hilton Bakı" mehmanxanasının açılması 2011-ci ilin sentyabr ayına planlaşdırılıb və "Hilton Worldwide" şirkətinin portfelindən Azərbaycanda açılan birinci mehmanxana olacaq. "Hilton Worldwide" şirkətinin Avropanın hər tərəfində fəaliyyət göstərən 200-dən çox mehmanxanası var və 90-dan çox mehmanxanası tikinti mərhələsindədir. Bu mehmanxanaların hamısı növbəti bir neçə ildə açılmalıdır. Avropada "Hilton Worldwide" şirkətinin altı brenddən ibarət portfeli var. Bu portfel möhtəşəm "Valdorf Astoriya" mehmanxanaları və kurortlarını, "Konrad" mehmanxanaları və kurortlarını, tam xidmətli Hilton mehmanxanaları və kurortlarını, "DoubleTree by Hilton" mehmanxanasını, orta bazar qiymətli "Hilton Garden" mehmanxanasını və nisbətən ucuz "Hampton by Hilton" mehmanxanasını özündə ehtiva edir.
- Mehmanxana haqqında qısa məlumat verə bilərsinizmi?
- "Hilton Hotel"in qlobal portfelinə gözəl əlavə olacaq. Yenicə inşa edilmiş "Hilton Bakı" mehmanxanası özünün bir sıra fərqli xüsusiyyətləri - 24 və 25-ci mərtəbələrdə fırlanan bar və restoranı, SPA mərkəzi, geniş görüş zalları və biznes sahələri ilə öyünəcək. Mehmanxanada 35 lüks nömrə daxil olmaqla 309 otaq olacaq və həmin otaqlardan Bakı şəhərinin horizont xəttinin əsrarəngiz mənzərəsi göz önündə canlanacaq.
- "Hilton Bakı" mehmanxanası Azərbaycandakı digər mehmanxanalardan nə ilə fərqlənəcək?
- "Hilton Worldwide" korporasiyasının lider brendi olan "Hilton Hotels & Resorts" şirkəti qonaqpərvərlik sahəsində qlobal miqyasda lider olaraq qalır və elit və tam xidmətli nömrələr təklif edir. İllik "BDRC" göstəriciləri nümayiş etdirir ki, "Hilton Hotels & Resorts" dünyanın ən məşhur mehmanxana brendidir və "Hilton Bakı" mehmanxanasının açılması bu məşhur mehmanxana brendini ilk dəfə Azərbaycana gətirəcək. Təzəcə inşa edilmiş mehmanxana öz qonaqlarına geniş, tam xidmət göstərəcək və onları elit nömrələrlə təmin edəcək. "Hilton Bakı" mehmanxanasının məşhur xidmətindən zövq alan qonaqlar həm də Hilton hədiyyələri qazana, ödənişlər verə və dünyanın hər tərəfində 27 milyondan çox üzvün faydalandığı güzəştlərdən yararlana biləcəklər.
- Qiymətlər necə olacaq?
- Biz hazırda qiymət strukturu və strategiyamız üzərində işləyirik. Bu qiymətlər barədə məlumatları iyun ayının sonuna qədər ictimaiyyətə açıqlaya biləcəyik.
Anar Məmmədov
Milli.Az

Foto: Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq