İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Neft Fondunun aktivləri 26 mlrd. dollara çatıb
19 Aprel 2011 16:43
Baxış: 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Ötən rüb ərzində ARDNF-in beynəlxalq neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 197,6 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından 3 077,6 mln. manat, "Şahdəniz-I" üzrə qiymət fərqindən 101,7 mln. manat, Bakı-Ceyhan boru kəməri layihəsi üzrə dividendlərdən 16,3 mln. manat, tranzit gəlirləri 1,7 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 mln. manat olub.
Ş.Mövsümovun sözlərinə görə, hesabat dövründə ARDNF dövlət büdcəsinə 1 330 mln. manat transfer edib. Bundan başqa, Fondun xərclərinin strukturunda qaçqın və məcburi köçkün ailələrin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,1 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 39 mln. manat və 2,3 mln. manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 3,3 mln. manat, "Bakı-Tbilsi-Qars yeni dəmir yolu" layihəsinə 2,2 mln. manat yönəldilib.
Qeyd edək ki, hesabat rübündə Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,7 mln. manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar gəlirləri 423,4 mln. manat təşkil edib.
Beləliklə, 2011-ci ilin aprelin 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlnə nisbətən 13,3% artaraq 25 796,9 mln. ABŞ dollarına çatıb. Ş.Mövsümovun fikrincə, artıq ilin sonuna bu göstəricinin 30 mlrd. dollara çatacağı gözlənilir.
ARDNF başçısı həmçinin bildirib ki, indiyədək Fonda daxil olan vəsaitlərin həcmi 50 mlrd. dolları ötüb.
Həmçinin, hesabat dövründə neftin orta qiyməti (Fondun hesablamalarına görə 1 barelə görə 95 dollar) Fondun büdcəsində nəzərdə tutulmuş qiymətdən (60 dollar) yüksək olduğuna görə, ARDNF-in gəlirləri proqnozlardan artıq olub. Fondun hesabatının illik göstəricilər əsasında qurulduğunu əsas gətirərək, üstələmənin dəqiq həcmini açıqlanmayan Ş.Mövsümov bildirib ki, rüb ərzində faktiki gəlirlər illik proqnozun 30%-ni, xərclər isə 20%-ni üstələyib. Qeyd edək ki, hökumətdə müzakirə olunan 2011-ci ilin dövlət büdcəsinin artırılması çərçivəsində Fonddan dövlət büdcəsinə transfertlərin də artırılacağı gözlənilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan