Bir neçə gündən sonra Novruz Bayramı ilə bağlı istirahət günləri başlayır. Bayramla əlaqədar ölkədə 9 gün iş olmayacaq. Tətil müddətində vətəndaşlar öz istirahətlərini təşkil etmək üçün turist səfərlərini də gözdən keçirir, planlayırlar. Bəs ölkə daxilində turistik səfərlər üçün bayram paketləri varmı? Bayram gəzintiləri, qısa turist səfərləri təşkil olunacaqmı? Bayramla əlaqədar turizm şirkətləri tərəfindən proqramlar hazırlanıbmı və ən əsas məsələlərdən biri - qiymətlər necədir, insanların cibinə uyğun olacaqmı?
Ailəvi istirahət 500-600 manat
Tanınmş turizm şirkətlərindən birinin əməkdaşı Elçin Quliyev Milli.Az xəbər portalına bildirdi ki, Novquz bayramı ilə əlaqədar bayram tur-paketləri təşkil olunub. Onun sözlərinə görə, artıq martın 15-dən başlayaraq martın 20-dək ölkədaxili və xarici ölkələrə səfərlər təşkil olunur. Ölkə daxili proqramlar əsasən, Şəki, Qəbələ və İsmayıllı rayonlarına ediləcək turist səfərləridir ki, burada paket-turlar 3-5-7 günlük nəzərdə tutulub.
Rusiya, Türkiyə, Tayland...
E.Quliyev deyir ki, bayram paket-turlarında qiymətlərdə güzəştlər edilib. Məsələn, tur-paketdə 5-6 nəfərlik ailənin istirahət xərcləri 500-600 manata başa gəlir. Paketdə bir həftə ərzində 4 ulduzlu oteldə gündə 3 dəfə yemək və gəzintilər nəzərdə tutulub.
Xarici ölkələrə də turist səfərlərinə dair sifariş aldıqlarını deyən E.Quliyev təlabatın əsasən, Rusiya olduğunu qeyd etdi: "Bayramla əlaqədar xarici ölkələrə də turist səfərləri təşkil olunur. Misirdə baş verən hadisələrlə əlaqədar həmin ölkə Taylandla əvəzlənib, eyni zamanda Çexiya və Türkiyəyə turlar təşkil olunur. Burada da qiymətlər 1000 manatdan başlayaraq dəyişir".
Dubayda 7 günlük istirahət 350 manat?
Əsasən, xarici ölkələrə turist səfərlərinin təşkili ilə məşğul olan digər bir turizm şirkətinin əməkdaşı Elnur Alıyev Milli.Az-a açıqlamasında bayram ərəfəsində xarici ölkələrə turist axınının gücləndiyini dedi. O, bunu şirkətləri tərəfindən təşkil olunan tur-paketlərinin bitməsi ilə əsaslandırıdı. Şirkət nümayəndəsi qeyd etdi ki, bayramla bağlı xarici ölkələrə tur-paketləri olub və artıq satılıb qurtarıb. Nümayəndənin dediyinə görə, burada güzəştli qiymətlər olub. Məsələn, Dubaya adi qiymətdən 30%, Cənubi Kipr və Türkiyəyə 20% güzəşt tətbiq olunub.
E.Alıyevin dediyinə görə, Dubayda bir nəfərin 7 günlük istirahəti cəmi 350 manat olub. Bura viza, otel və səhər yeməyi daxil olubmuş.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva portalımıza bildirdi ki, turizm şirkətləri tərəfindən respublikanın regionlarına, eyni zamanda Bakıda şəhər gəzintisi təşkil olunacaq. Onun sözlərinə görə, Novruz Bayramında ölkəmizə səfər edən xarici turistlərin də sayı çoxalır: "Bu baxımda Bakının görməli yerlərində şəhər gəzintisi xarici turistlər üçün çox maraqlıdır".
Qiymət məsələsinə gəlincə, nazirlik rəsmisi əlavə etdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən regionlardakı turizm şirkətlərinə qiymətlərin aşağı salınması ilə bağlı tapşırıq verilib: "Ancaq ümumilikdə götürdükdə, qiymət məsələsini Nazirlik tənzimləmir. Bu, bazarın işidir. Rəqabət varsa, qiymət də normal olacaq".
Anar Məmmədov
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Novruz turları: Bayram tətilində ölkədə və xaricdə istirahət neçəyə başa gəlir?
16 Mart 2011 11:33
Baxış: 5 060
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur çəkmədən bu dəfə Sevda geyindi - FOTO
-
Hər gün bir stəkan içən qocalmır
-
Evdəki "yolka" sizə problem yarada bilər - Həkimdən AÇIQLAMA
-
Depressiya zamanı qadınlar niyə saçlarını kəsdirir?
-
Telefon qablarından istifadəni dayandırın - Mütəxəssis açıqladı
-
Kondisioner yaşlılarda ölüm riskini azaldır – Yeni araşdırma
-
Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar
-
Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi
-
"Qadınların 60%-i həyatında ən azı 1 dəfə bu problemlə üzləşir" - Uroloq
-
BMT Baş katibi Maduroya zəng vurdu
-
Toyu ilə dünyaya səs salan hindistanlı bu dəfə qonağı ilə gündəm oldu - FOTO
-
PSJ Qitələrarası Kubokun qalibi olub
-
Rusiya və ABŞ rəsmiləri həftəsonu görşə bilər
-
Aysun özünə yeni ev aldı - VİDEO
-
Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - FOTO
-
Süni intellektlə "Şaban"ın çəkiliş meydançasına qaytardılar - təsirli VİDEO
-
Ağdamda kənd sakini minaya düşdü - YENİLƏNİB
-
Günün qoroskopu: Sizi sevindirəcək xəbər ala bilərsiniz
-
Alimlər cəhənnəmi tapdılar - FOTO
-
“Evimdə çörək kəsiblər, amma...” – Rəqsanə məşhurlara səsləndi
-
ABŞ bu gecə müharibəyə başlaya bilər
-
Acun Ilıcalının diqqətdən qaçırdığı detal ona problem yarada bilər
-
Müğənni Güllünün sərvət açıqlandı
-
Uzun ömür yaşamaq istəyirsinizsə, yatın...





