"Azəriqaz" İstehsalat Birliyinin bölgələrdəki strukturlarında əlavə işçi qüvvəsinə tələbat yaranması ilə əlaqədar olaraq SOCAR və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində Birliyin 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsi üzrə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.
Milli.Az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, test imtahanlarının regionlarda keçirilməsini nəzərə alaraq, İnsan Resursları Departamentinin (İRD) ümumilikdə 26 əməkdaşı oktyabrın 2-də Xaçmaz, Salyan, Lənkaran, Ağsu, Zaqatala, Gəncə və Tərtər rayonlarına ezam olunub. Onlar imtahanların keçiriləcəyi yerlərdə "Azəriqaz" İB-nin regionlardakı əməkdaşları ilə birlikdə müvafiq hazırlıq işləri görəcək. Test imtahanları 3-4 oktyabr tarixlərində saat 09:30-dan başlayaraq regionlarda keçiriləcək. İmtahanlara ilkin seçim mərhələsindən keçmiş 3 266 nəfər, o cümlədən, Lənkəran Regional Qaz İdarəsi (RQİ) üzrə 412, Zaqatala RQİ üzrə 418, Xaçmaz RQİ üzrə 344, Ağsu RQİ üzrə 416, Salyan RQİ üzrə 402, Gəncə-Şəmkir RQİ üzrə 653, Tərtər RQİ üzrə 621 nəfər dəvət olunub.
Test imtahanında müvəffəqiyyət qazanan namizədlərə 10 gün müddətində SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin tərşkil etdiyi nəzəri-praktiki təlim keçiləcək. Artıq TTSİ-də təlimləri aparacaq mütəxəssislər üçün maarifləndirmə kurslarına başlanılıb. Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal, hazırda vakant olan 403 yerə işə qəbul olunacaq. Digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək "Azəriqaz" İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur.
Müsahibədə bir neçə namizəd eyni balı toplayarsa, əvvəlcə onların sahə üzrə topladıqları bal, o da eyni olarsa, test imtahanında topladıqları bal əsas götürüləcək. Namizədlər müsabiqənin bütün mərhələlərinin nəticələri barədə məlumatları SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən göndərilmiş xüsusi bildirişlər və ya vakansiyaya müraciət edən zaman onlara təqdim olunmuş FİN (fərdi identifikasiya nömrəsi) və şifrəni daxil etməklə www.socar.az internet səhifəsinin "Karyera" bölməsinin "İşə qəbul" bölümünün "Müsabiqə nəticələri" paneli vasitəsilə ala biləcəklər. Müsabiqə prosesinin bütün mərhələlərinin tam şəffaf, obyektiv və ədalətli keçiriləcəyinə zəmanət verilir.
Milli.Az
İqtisadiyyat
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
SOCAR işə qəbula başlayır
2 Oktyabr 2015 20:11
0 Şərh
Baxış: 1 877

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi - VİDEO
-
Suriya bu əraziyə xüsusi təyinatlılar göndərəcək
-
Arif Əzizov vəfat etdi
-
Türkiyədə daha bir zəlzələ oldu
-
Tramp Azərbaycan və Ermənistanın sülh sazişindən DANIŞDI
-
Məşhur serial yayımdan qaldırıldı
-
Tezliklə sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR
-
Xatirə çimərlikdən FOTOlarını yaydı
-
“Kartofla zarafat etmək olmaz!” - Lukaşenko əsəbiləşdi - VİDEO
-
Bunları çayla qəti yemək olmaz!
-
Azərbaycanın ən çox qazanan 10 müğənnisi - İlk sırada ODUR
-
Hansı tarixlərdə doğulan insanlar dahi olurlar? – günlər AÇIQLANDI
-
Birdən səhnədən yoxa çıxan 5 məşhur ulduz
-
Əlixan Rəcəbovun xanımı ilə romantik anları - FOTOlar
-
Əşrəf Hakimi bu top modellə eşq yaşayır - FOTOlar
-
Heç kim bu yaşının olduğuna inanmır - FOTOlar
-
“Dedim ki, bu da özünü kişi hesab edir?”
-
Bu il 3-cü qrupda bəzi ixtisaslara qəbul balları arta bilər - VİDEO
-
Antalyada zəlzələ oldu
-
Lalə Məmmədovanın evi - VİDEO
-
Günün qoroskopu: Yazın, danışın, paylaşın
-
İlham Əliyevin Xocalı sakininin evində səmimi söhbəti - VİDEO
-
Faciəvi şəkildə ölən Kənanın FOTOsu
-
Bu binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO