Azərbaycanda maşınların qiyməti düşdü - CƏDVƏL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2015-ci ilin yanvar-aprel aylarında Azərbaycana avtomobil idxalı azalıb.
Ancaq burada təəccüblü bir şey yoxdur və hər şey gözlənilən idi. 2014-cü ilin aprel ayından Avro-4 ekoloji standartlarının tətbiqinə başlanılıb. Standartlara əsasən, ölkəyə yalnız 2005-ci ildən sonrakı illərdə Avropa Birliyində istehsal olunmuş, 2004-cü ildən sonra ABŞ-da istehsal olunmuş, 2011-ci ildən sonra Yaponiya və Çində istehsal olunmuş, 2009-cu ildən sonra Türkiyədə, 2013-cü ildən sonra Rusiyada, 2012-ci ildən sonra Özbəkistanda, 2014-cü ildən sonra Qazaxıstanda istehsal olunmuş avtomobillərin idxalına icazə verilir.
Bu ilin fevralında manatın devalvasiyasından sonra isə maşın bazarında sönüklük müşahidə edilir. Milli.Az xəbər verir ki, ötən şənbə günü Bakının maşın bazarına yollanan Day.Az saytının əməkdaşı qiymətlərin düşdüyünü müşahidə edib.
Satıcılar deyiblər ki, artıq üç aydır ki, gətirdikləri maşınları sata bilmirlər. Vasif adlı maşın tacirinin sözlərinə görə, fevral ayında 25 min dollara aldığı avtomobili indi 21 min dollara da sata bilmir. Bəzi satıcılar müflis olduqlarına görə, əllərindəki avtomobilləri bazar qiymətindən xeyli ucuz qiymətə satırlar.
Satıcıların sözlərinə görə, mart ayından sonra bazarda alıcıların da sayı azalıb. Orada artıq 6-7 aydır ki, alıcısını gözləyən avtomobillər dayanıb.
Mayın 16-sı üçün maşın bazarındakı qiymətlərlə isə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
|
№ |
Avtomobilin Markası |
İstehsal ili |
Qiyməti |
|
1 |
Hyundai (ix 35) |
2011 |
20 500 $ |
|
2 |
Volkswagen (Passat) |
2012 |
21 000 $ |
|
3 |
Mercedes (E 350) |
2007 |
24 000 $ |
|
4 |
Hyundai (SantaFe) |
2006 |
23 500 $ |
|
5 |
Mitsubishi (Airtrek) |
2004 |
9 000 $ |
|
6 |
KİA (Optima) |
2013 |
23 800$ |
|
7 |
KİA (Sportage) |
2007 |
14 000$ |
|
8 |
Nissan (X-Trail) |
2003 |
12 000 $ |
|
9 |
Opel (Vectra) |
1999 |
4 500$ |
|
10 |
Porsche (Cayenne) |
2007 |
36 000 $ |
|
11 |
Ssang Yong (Rexton) |
2006 |
14 500 $ |
|
12 |
Toyota (Prado) |
2010 |
29 500$ |
|
13 |
Chevrolet (Aveo) |
2012 |
11 000 $ |
|
14 |
Honda (CR-V) |
2008 |
15 500$ |
|
15 |
Lexus (RX 330) |
2004 |
14 000 $ |
|
16 |
Scoda (Octavia) |
2010 |
13 000 $ |
|
17 |
Tofas (Sahin) |
2003 |
4 500 $ |
|
18 |
BMW (X5) |
2008 |
34 000 $ |
|
19 |
Audi (A4) |
2007 |
13 000 $ |
|
20 |
Chery (Tiggo) |
2013 |
10 000 $ |
|
21 |
ВАЗ (2107) |
2004 |
4 800 $ |
|
22 |
ВАЗ (2121) |
2010 |
5 000 $ |
|
23 |
Lifan (520) |
2008 |
6 000 $ |
|
24 |
Hummer (H3) |
2006 |
19 000 $ |
|
25 |
Subaru (Forester) |
2012 |
21 000 $ |
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)





